25 yaşlı oğlan siqaretə görə öldürüldü

KRİMİNAL
13:25 16.08.2013
2876
Gəncə şəhərində qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, avqustun 15-də axşam saat 22 radələrində Gəncə şəhərinin Atatürk prospektində Samux sakini, 1988-ci il təvəllüdlü Nail Ağayev və Gəncə sakini, 1981-ci il təvəllüdlü Beyrək Verdiyev arasında mübahisə yaranıb. Nəticədə B. Verdiyev N. Ağayevi bıçaqlayaraq qətlə yetirib. B. Verdiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İlkin araşdırma nəticəsində hadisənin siqaret üstündə baş verdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet