“27 sentyabr Qələbəyə aparan yolun başlanğıcıdır”

“27 sentyabr Qələbəyə aparan yolun başlanğıcıdır”
SİYASƏT
14:51 26.09.2025
292
"Çağdaş dövr Azərbaycan və Azərbaycan xalqının tarixində 27 sentyabr mühüm yer tutur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli bildirib.

O deyib ki, 27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixinə yeni bir səhifə açdı:

"Doğrudur, 2020-ci ilin 27 sentyabrına qədər də Azərbaycan və Ermənistan cəbhə xəttində ciddi problemlər yaşanırdı. Üstəlik o dövrdə də biz şəhidlər verirdik. Ancaq 27 sentyabr, yəni II Qarabağ müharibəsinin başlaması ilə Azərbaycan Respublikası öz ərazi bütövlüyünün təmininə başladı.
27 sentyabr bir tərəfdən şəhidlərimizin, qazilərimizin olması deməkdir. Ancaq biz o şəhidlərimizin, qazilərimizin və bütövlükdə Azərbaycan xalqının, onun Ali Baş Komandanı İlham Əliyevin sayəsində torpaqlarımızı işğaldan azad etdik. Yəni 27 sentyabr bizim üçün həm bir hüzün günüdür, həm də qələbəyə aparan yolun başlanğıcıdır”.

Ekspert qeyd edib ki, anım günü ilə şəhidlərimizi yad etməklə, qazilərimizi hörmətlə anmaqla yeni bir səhifə açdıq:

"Bu gün xalqımızın yenidən dirçəlişi, yenidən oyanış günü oldu. 27 sentyabr nəinki 10 milyonluq Azərbaycan xalqının, həm də 50-60 milyonluq dünya azərbaycanlılarının birləşdiyi günə çevrildi. 8 noyabr Zəfər Gününə qədər – 44 günlük müharibə nəticəsində Azərbaycan Respublikası, Azərbaycan əsgəri və onun Ali Baş Komandanı bir yerdə öz torpaqlarımızı bərpa etdi. Bununla yanaşı, bütün azərbaycanlıların dünyada varlığını da ortaya qoydu”.

F.Ələkbərli vurğulayıb ki, bu tarixi heç vaxt unutmamalıyıq:

"Yeni dövrdə dirilişimizdə, yəni 27 sentyabr gününün mühüm yeri vardır. Bu gün xalqımızın yenidən güclənməsi, birliyi və diriliyi günü kimi yadda qalır. Bu günü qeyd edirik ki, gələcəkdə heç kəs xalqımıza bir daha problemlər yaşatmasın”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR