"28 Mall"da Konstantin Dutkini bıçaqladılar

"28 Mall"da Konstantin Dutkini bıçaqladılar
Bütün Xəbərlər
13:30 15.07.2014
3548
Bakının məşhur ticarət mərkəzlərindən birində bıçaqlanma baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də Nəsimi rayonu ərazisində yerləşən "28 Mall" ticarət mərkəzində naməlum şəxs münaqişə zəminində Bakı şəhər sakini Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Abbasov tutulub.
OXŞAR XƏBƏRLƏR