28 May metrosu yaxınlığında yanğın baş verib

28 May metrosu yaxınlığında yanğın baş verib
SOSİAL
23:58 16.03.2025
292

Bakıda 28 May metrosu yaxınlığında mağazada yanğın baş verir.

Musavat.com xəbər verir ki, hazırda  Bakının 28 May metrosu yaxınlığında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Birinci Korpusu ilə üzbəüz yerləşən mağazada yanğın baş verir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb edilib. İlkin məlumata görə, yanğının səbəbi hələlik bilinmir. 

Hazırda yanğının tam söndürülməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində işlər aparılır. 

OXŞAR XƏBƏRLƏR