Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Nəsimi RPİ, 22-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, metronun “28 May” stansiyası yaxınlığında 30-40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Daxilə nüfuz etmiş xəsarətlər alan şəxs Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda hadisənin kim tərəfindən, hansı şəraitdə törədilməsi və digər suallar ətrafında araşdırmalar aparılır.