Əsas çıxış sentyabr ayının 16-da, yeni tədris ilinin ilk günündə sərnişinlərin istifadəsinə veriləcək
Metronun 28 may stansiyasının əsas çıxışı sentyabr ayının 16-da yeni tədris ilinin ilk günündə sərnişinlərin istifadəsinə veriləcək.Bu ilin yanvar ayının 21-dən təmirə bağlanan metronun 28 may stansiyasının əsas giriş və çıxışında təmir işləri hələki davam edir. Əsas çıxışın təmiri bitmədən açılması isə yeni dərs ilinin başlaması ilə yarana biləcək tələbə sıxlığının aradan qaldırılmasına hesablanıb.Metrostansiyada təmir işləri Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair dövlət proqramı çərçivəsində aparılır. Təmir nəticəsində stansiyanın mövcud ərazisi bir qədər genişləndirilib. Həmçinin köhnə hündürlüyü 3 metr 40 santimetr olan əsas girişin hündürlüyü də artırılaraq 5 metr 80 santimetrə çatdırılıb.