3 avtomobil toqquşdu: xəsarət alanlar var

DÜNYA
10:19 31.05.2012
1864
Azərbaycanın Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumatına görə, qəza mayın 31-də gecə saatlarında Siyəzən şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.Siyəzən rayon sakini 1984-cü il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi 10-XN-945 dövlət nömrə nişanlı, “VAZ 21 06” markalı avtomobil yolun kənarında dayanan Siyəzən rayon sakini 1967-ci il təvəllüdlü Asim Əbdülova məxsus 10-LH-214 dövlət nömrə nişanlı “Moskviç” markalı nəqliyyat vasitəsinə çırpılıb. Həmin maşın isə qarşıda dayanan Siyəzən rayon sakini 1980-ci il təvəllüdlü Ramil Məmmədliyə məxsus 10-FL-362 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı nəqliyyat vasitəsinə dəyib.

OXŞAR XƏBƏRLƏR