“3 dərsə SMM ol” – Ekspertdən kurslarla bağlı sərt xəbərdarlıq

“3 dərsə SMM ol” – Ekspertdən kurslarla bağlı sərt xəbərdarlıq
SOSİAL
15:23 20.08.2026
231
Son dövrlərdə SMM (sosial media marketinqi) kurslarına maraq artıb. Bir çox insan bu kurslar vasitəsilə sosial şəbəkələrin idarə olunması, reklam və kontent hazırlanması kimi bacarıqlar əldə edərək yeni peşə öyrənməyə çalışır.

Lakin kurslarla bağlı narazılıqlar da səsləndirilir. Bəzi şəxslər ödəniş etdikləri təlimlərdə nəzəri məlumatların üstünlük təşkil etdiyini, praktiki biliklərin isə kifayət qədər verilmədiyini bildirirlər. Nəticədə iştirakçılar həm vaxt, həm də maddi itki ilə üzləşdiklərini qeyd edirlər.

Bəs keyfiyyətli SMM kursunu necə seçmək olar və belə təlimlərdə hansı bilik və bacarıqlar mütləq öyrədilməlidir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan marketinq eksperti Samir Mehdiyev bildirib ki, kurs seçərkən ilk növbədə təlimçinin təcrübəsi araşdırılmalıdır:

"Kurs seçərkən ilk növbədə təlimçini araşdırmaq lazımdır. Xüsusilə onun təcrübəsinə diqqət etmək vacibdir. Çünki bəzən elə olur ki, insan özü çox yaxşı bilir, amma öyrədə bilmir. İkinci növbədə dərslərin günün tələblərinə uyğun və praktiki olmasına fikir verilməlidir. Dərslər praktika əsaslı olmalı, sillabus isə yenilənmiş olmalıdır. "3 dərsə SMM ol”, "bir həftəyə mütəxəssis olacaqsan” kimi vədlərə çox inanmamağı tövsiyə edirəm”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR