AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin İlqar Musayev küçəsində yerləşən yeni tikili binadan mənzil alan bir qrup sakin çətin vəziyyətlə üzləşib. Köçdükdən üç il sonra Rəşad Səlimov adlı bir şəxs ortaya çıxaraq mənzillərin ona məxsus olduğunu iddia edib və sakinlərdən binanı boşaltmalarını tələb edib.
Bu iddia ilə "Xəzər Xəbər”ə müraciət edən sakinlər deyir ki, hazırda 16 ailəçıxılmaz vəziyyətdədir.
Sakinlər iddia edir ki, Suraxanı rayon məhkəməsinin qərarına əsasən, onlar bir neçə gündən sonra mənzillərini tərk etməlidir.
Səsləndirilən iddialara aydınlıq gətirmək məqsədilə sakinlərin mənzil aldığı Orxan Mürsəlovla telefon əlaqəsi saxladıq.
Suraxanı rayon İH sorğumuza cavab olaraq bildirldi ki, Qaraçuxurr qəsəbəsi İlqar Musayev 12/2 ünvanındakı mülk Ələddin İbrahimova məxsusdur. Vətəndaşın mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə İH tərəfindən sözü gedən ərazidə tikintiyə rəsmi icazə verilib. Memarlıq və Şəhərsalma İdarəsi isə Ələddin İbrahimovun təqdim etdiyi eskiz layihəsi üzrə tikinti aparılması ilə bağlı icazəni 2008-ci ildə təsdiqləyib. Hazırda məsələ məhkəmə müstəvisindədir.










































