30 yaşlı kişi özünü xəstəxananın 3-cü mərtəbəsindən atdı

30 yaşlı kişi özünü xəstəxananın 3-cü mərtəbəsindən atdı
Bütün Xəbərlər
08:26 02.11.2012
974
Siyəzəndə intihar hadisəsi baş verib.
AZXEBER.COM-un məlumatına görə, bu gün saat 19:30 radələrində Siyəzən şəhərində yerləşən Regional Müalicə Diaqnosika Mərkəzinin 3-cü mərtəbəsindən 1982-ci il təvəllüdlü Aslan Tofiq oğlu Məmmədov özünü pəncərədən aşağı atıb.Siyəzən Regional Müalicə Diaqnosika Mərkəzindən və Rayon Prokurorluğundan faktı təsdiqləyiblər. Siyəzən rayon prokuroru Murad Kazımov qeyd edib ki, bu faktın intihar olub-olmaması aparılan araşdırmalardan sonra məlum olacaq. Onun sözlərinə görə, Aslan Məmmədov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş: “Ola bilər ki, o özünü atmayıb və intihar etməyib. Ola bilsin ki, onu oradan kimsə itələyib və ya pəncərən aşağı yıxılıb. Bunun intihar olub-olmaması aparılan araşdırmalardan sonra məlum olacaq”.Artıq faktla bağlı araşdırmalar başlayıb. A. Məmmədovun meyiti hazırda Siyəzən morqunda müayinə edilir və sabah ailəsinə təhvil veriləcək.
OXŞAR XƏBƏRLƏR