İngiltərədə Novruz bayramı qeyd edildi

GƏNCLİK
14:43 24.03.2011
2250

Böyük Britaniyada fəaliyyət göstərən “Ekzeter Azərbaycan Cəmiyyəti” tərəfindən verilən məlumata görə tədbirdə 23 müxtəlif ölkədən 100-dən artıq əcnəbi tələbə iştirak edib. Tədbir 3 hissədən ibarət olub:1-ci rəsmi hissənin açılışı Azərbaycanlı PhD tələbəsi, Ingiltərə vətəndaşı Sabina Metcalf tərəfindən təqdim edilmiş və qonaqlar bayram haqqındaməlumatlandırılmışlar. Daha sonra, tamaşaçılara Azərbaycan mədəniyyətindən bəhs edən video çarx nümayiş etdirilib. 2-ci hissədə qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarının dadına baxıb və mətbəximiz əcnəbi tələbələr tərəfindən çox bəyənilib. 3-cü hissədə isə qonaqlar milli rəqslər ve musiqilərimizlə tanış edilib.

Azərbaycan Cəmiyyətinin sədri Orxan Məmmədov və tədbirin fəal iştirakçılarından Ayan Əsgərlinin milli rəqs etməsi tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb. Əcnəbi tələbələr milli Azərbaycan paltarlarında foto çəkdiriblər və onlar da Azəri tələbələrə qoşularaq milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, “Ekzeter Universiteti - Azərbaycan Cəmiyyəti” 2010-cu ilin noyabr ayında universitətdə təhsil alan azərbaycanlı tələbə Orxan Məmmədovun təşəbbüsü ilə fəaliyyətə başlayıb. 

OXŞAR XƏBƏRLƏR