"İrəli" Media Akademiyasının ilk günündə nələr oldu?

GƏNCLİK
20:08 05.06.2011
2121

AZXEBER.COM-un məlumatına görə, akademiyada ilk dərs günü tanınmış jurnalist İlhamə Novruzova gənclərə diskriminasiya mövzusunda treninq keçib. 

Daha sonra DJ Tural Azərbaycanda fəaliyyət göstərən radiolar haqqında məlumat verib. Peşəkar radio aparıcısı necə olmalıdır? mövzusunda gənc jurnalistlərlə diskussiya aparılıb. 

Təlimçi İstanbul Universiteti, Jurnalistika fakültəsi doktorantura məzunu, fəlsəfə elmləri doktoru Vəfalı Ənsərov isə gənclərə xəbər anlayışı haqqında danışıb. Xəbərin necə yaranması, hansı qaynaqlara əsaslanması, hazırlanan xəbərdə gerçəklik payı, informasiyanın xəbərə çevrilməsi və s. kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, Media akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “Radio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

 "Media Akademiya - 2” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının aşağıdakı nüfuzlu tədris müəssisələrinin professor və müəllim heyətilə sistematik olaraq, interaktiv mühazirə və treninqlərin keçirilməsinə dair razılıq əldə olunub. Kursa qəbul olunan tələbələr 3 ay müddətində dünyaşöhrətli müəllimlərdən dərs almaq imkanına malik olacaq.

Xatırladaq ki, “Media Akademiya-1” layihəsi 2010-cu il iyun ayından noyabra qədər davam edib. Kursda 35 tələbə iştirak edib, ən yüksək nəticə göstərmiş 5 tələbə isə fərqlənmə diplomu ilə mükafatlandırılıb. Kurs müddətində Azərbaycan mətbuatının ən tanınmış simaları, siyasətçilər, idmançılar, mədəniyyət və incəsənət xadimləri gənc jurnalistlərlə görüşüb, onlarla təcrübələrini bölüşüb.

OXŞAR XƏBƏRLƏR