“Aksiya ilə bağlı başlanmış cinayət işinə görə müxalifət liderləri də həbs edilə bilərlərmi” sualına İ. Qəmbər belə cavab verib: “Bu məsələdə problem yoxdur. Biz bu mübarizənin önündə gedirik. Hakimiyyət bizim qanuni aksiya hüququmuzu cinayət kimi qəbul edirsə, buyurub, həbs etsinlər”.
Müsavat başqanı ona İctimai Palatanın aprelin 17-nə təyin etdiyi aksiya barədə heç bir sual verilmədiyini də qeyd edib.