İsrail 800 türkü ölkədən çıxarır

Bütün Xəbərlər
12:02 08.01.2011
1792

İsrail Türkiyənin tikinti şirkətlərindən birinin Yaxın Şərqdə fəaliyyət göstərən 800 işçisini ölkədən deportasiya etmək barədə qərar çıxarıb. Bu işçilər yanvar ayının sonunadək İsrail ərazisini tərk eməlidirlər. Türklərin işçi vizalarının müddətinin artırılmamasına səbəb kimi isə İsrail və “Yılmazlar” konsernin nümayəndələri arasında olan anlaşılmazlıq göstərilib. 

İki tərəf müqavilə müddətinin artırılması yolunda ortaq məxrəcə gələ bilməyiblər. “Yılmazlar”ın rəhbəri Ahmet Arik isə öz növbəsində konsernin İsraildə layihələrin həyata keçirilməsinə cəlb olunmayacaqları təqdirdə İsrail tərəfinə milyonlarla dollarlıq təzminat iddiası qaldıracaqlarını bildirib. 

Qeyd edək ki, “Yılmazlar” İsrail ərazisində fəaliyyət göstərən 3 ən böyük tikinti şirkətindən biridir. “Yılmazlar” İsraildə 20 ilə yaxındır ki, layihələr həyata keçirir. Hazırda Türkiyə şirkəti İsraildə 100 milyollarla dəyəri olan layihələri həyata keçirməklə məşğuldur. 


OXŞAR XƏBƏRLƏR