İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra ilə birlikdə görüntülənməsi onun ailə həyatında illər əvvəl yaşanan faciəni yenidən gündəmə gətirib.
AZXEBER.COM xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə 6-cı Dünya Köçəri Oyunlarına ev sahibliyi edən Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən tədbirlərdə Pezeşkianın qızı Zəhra ilə birlikdə görüntüləri sosial şəbəkələrdə də diqqət çəkib.
Məsud Pezeşkian 1994-cü ildə baş verən yol qəzasında həyat yoldaşını və ən kiçik oğlunu itirib. Bu faciədən sonra o, bir daha ailə qurmayıb və üç övladını təkbaşına böyüdüb.
Pezeşkianın qızı Zəhra atasının həyatında xüsusi yer tutub.
O, prezident seçkiləri kampaniyasından etibarən atasını mitinqlərdə, rəsmi tədbirlərdə və beynəlxalq səfərlərdə müşayiət edir.
Pezeşkianın illər əvvəl həyat yoldaşının fotosunu gördüyü bir konfrans zamanı emosional anlar yaşayıb. Həmin vaxt prezidentin kövrəldiyi və göz yaşlarını saxlaya bilmədiyi, qızı Zəhranın isə onu təsəlli etdiyi görünür.
Beləliklə, Bişkekdə çəkilən son görüntü Pezeşkianın 32 il əvvəl yaşadığı ailə faciəsini və qızı ilə olan yaxın münasibətini bir daha gündəmə gətirib.











































