Şevardnadze: “Mən Yeltsinə daha çox inanırdım nəinki Qorbaçova” - MÜSAHİBƏ

Şevardnadze: “Mən Yeltsinə daha çox inanırdım nəinki Qorbaçova” - MÜSAHİBƏ
Bütün Xəbərlər
10:13 21.04.2011
1489

 

BBC: Eduard Amvrosiyeviç, siz və Mixail Qorbaçov yenidənqurmanın memarları və SSRİ-nin əsas islahatçıları sayılırdınız. Ancaq sizin apardığınız islahatlar ölkənin dağılmasına gətirdi. Siz nə zaman gördünüz ki, Sovet İttifaqını süqut gözləyir?

Eduard Şevardnadze: Mən Sovet İttifaqının dağılması problemi haqda daha əvvəl fikirləşirdim. Ancaq proqnozlarda yanılırdım. Vəziyyətin məxsusiliyi onda idi ki, heç kimlə məsləhətləşmək olmurdu. Yadımdadır ki, mənim proqnozlarımda sovet imperiyası dağılmalıydı, axı bütün imperiyalar dağılıb. Sovet İttifaqı xeyli ziddiyyətləri olan imperiya idi.. Başlıca ziddiyyətlər isə mərkəzlə muxtariyyatlar arasındaydı. Bütün müxtariyyatlar müstəqil olmaq istəyirdi.

Mən bu mövzu haqda fikirləşəndə hesab edirdim ki, Sovet İttifaqı hələ 10-12 il qalacaq. Onun dağılması 4 ildən sonra başladı.

BBC: Yəni siz ölkədə islahatlar aparanda, bu islahatların həmmüəllifi kimi artıq bilirdiniz ki, ölkə dağılacaq. Siz özünüzə bir geri çəkilmə yolu hazırlayırdınızmı?

E.Ş: Mən bilirdim, ancaq bu haqda heç kimlə danışmaq olmazdı. Müəyyən mənada elə bu mənim vəzifədən getməyimin səbəbi oldu. Ancaq real səbəblər tamamilə başqa idi.

Mən Qorbaçovu anlaya bilmirdim. Ələlxüsus da onun Əfqanıstandakı siyasətini. Orada minlərlə insan həlak olurdu, qoşunlar isə çıxarılmırdı.

Nəhayət mən putçun hazırlanması haqda məlumat aldım. Məndə yenidənqurmanın əleyhidarlarının yenidənqurmanın təşəbbüskarlarına qarşı ciddi müharibəyə hazırlaşması haqda dəqiq məlumatlar var idi. Mən tribunaya çıxıb Ali Sovet (1990-cu ilin dekabrında) üzvlərinə üzümü tutub dedim ki, bu mənim həyatda ən qısa nitqim olacaq. Onun mahiyyəti onda idi ki, yenidənqurmaya qarşı diktatorların çıxışı hazırlanır.

Mən bunu dövlət təhlükəsizliyi orqanlarında işləyən şəxslərdən aldığım dəqiq məlumatlara malik olmağımla təsdiqlədim.

BBC: Siz bu məlumatları SSRİ prezidentiylə bölüşdünüzmü?

E.Ş. Xeyr, bölüşmədim. Mən ona ümumi ifadələrlə deyirdim ki, gec-tez hərbi əməliyyatlar başlayacaq. Məndə məlumat var idi ki, Yanayev prezident olmaq istəyir. Yanayevin siyahısı var idi - onun hakimiyyətə gəlişindən sonra kim güllələnməlidir. Orda 20-30 adam vardı və ikinci adam Şevardnadze idi.

BBC: Birinci kim idi? Siz həmin siyahını Qorbaçova göstərdinizmi?

E.Ş.: Yadımda deyil. Siyahını göstərmədim, amma bu haqda ona deyirdim. İstefaya da ona görə getdim ki, Siyasi Büronun istənilən üzvündən daha çox bilirdim. Bilirdim ki, yenidənqurmaya qarşı qiyam başlayacaq və bu haqda öz nitqimdə də dedim.

Mən nitqimi bitirəndən sonra Qorbaçovun bərk açığı tutdu ki, nəyə görə mən bilirəm, o isə bunları bilmir. Mən xalqa yaxın vaxtda nələrin baş verəcəyini deməyə borclu idim.

BBC: Bəs nəyə görə siz məlumatlarla Qorbaçovla çıxışdan əvvəl bölüşmədiniz?

E.Ş: İnanmırdım ona. Mən Yeltsinə daha çox inanırdım nəinki Qorbaçova.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xaçmazda dənizdə kişi meyiti tapılıb
21:41 28.07.2025
Xaçmazda dənizdə kişi meyiti tapılıb
Ermənistan ordusunun hücumları nəticəsində yaralanmış, əsirlikdə olmuş şəxslər məhkəmədə ifadə veriblər
21:36 28.07.2025
Ermənistan ordusunun hücumları nəticəsində yaralanmış, əsirlikdə olmuş şəxslər məhkəmədə ifadə veriblər
Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb
21:25 28.07.2025
Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb
Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
21:17 28.07.2025
Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
16 yaşlı Sənan və Əlini xilas etmək istəyərkən həlak olan Rəvan hərbçi imiş
20:58 28.07.2025
16 yaşlı Sənan və Əlini xilas etmək istəyərkən həlak olan Rəvan hərbçi imiş
"Sumqayıt" "Qarabağ"dan ayrılan futbolçunu heyətinə qatıb
20:49 28.07.2025
"Sumqayıt" "Qarabağ"dan ayrılan futbolçunu heyətinə qatıb
Pavel Durov Fransada yenidən dindirilib
20:44 28.07.2025
Pavel Durov Fransada yenidən dindirilib
Putinlə Netanyahu arasında telefon danışığı olub
20:32 28.07.2025
Putinlə Netanyahu arasında telefon danışığı olub
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
20:25 28.07.2025
Şəmkirdə mikroavtobus yük avtomobili ilə toqquşdu
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb