ŞOK! Özcan Denizi 21 il həbs cəzası gözləyir

ŞOU-BİZNES
12:44 02.01.2011
2097

İddialara görə sənətçi 2005-ci ildə sahibi olduğu “Özgün Turizm” şirkəti vasitəsi ilə öz adından istifadə edərək bazardakı bir çox tenderlərin qalibi olub. Bundan sonra sənətçi digər şirkətlərə olan borcları ödəməmək üçün qardaşının və anasının hissələrini şirkətində çalışan işçilərin üzərinə müvəqqəti keçirib. Bir neçə il sonra “Özgün Turizm” şirkətinin kassası ilə maliyyələşən yeni bir şirkət “ENT Turizm” şirkətini yaradıb. Bu şirkət vasitəsi ilə şüphəlilər qeyri-qanuni yolla “Deniz” şirkətinə 63 min manat, Özcan Denizin şəxsi hesabına isə 65 min manat pul köçürüblər. İddialara görə, sənətçinin qardaşı Ercan Deniz borclu olduğu şirkətləri aldatmaqla yanaşı bir neçə bankdan yüksək faizlə kreditlər götürərək bazara təxminən 1 milyon manat ziyan vurub.

Faktla bağlı sənətçi və onun ailəsinə qarşı cinayət işi qaldırılıb. İddiaların təsdiqlənməsi ilə Özcan Denizi 21 il, qardaşı Ercan Denizi isə 43 il həbs cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR