ŞOK! Azərbaycanda 4 yaşlı uşaq maşın sürdü, 3 yaşlı bacısını öldürdü

ŞOK! Azərbaycanda 4 yaşlı uşaq maşın sürdü, 3 yaşlı bacısını öldürdü
Bütün Xəbərlər
10:31 21.06.2011
2592

Sabirabad rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 19-da qeydə alınıb. Belə ki, rayonun Qasımbəyli kəndində, kənd sakini Amid Əsgərovun evinin qarşısında saxladığı "QAZ-33021" markalı avtomaşın oğlu 4 yaşlı Rahul tərəfindən hərəkətə gətirilib. Bu zaman onun qızı 3 yaşlı Nihal avtomaşının təkərləri altında qalıb. Azyaşlı aldığı xəsarətlərdən ölüb.

 

OXŞAR XƏBƏRLƏR