ŞOK! Goranboyun sabiq baş həkimi də intihar etdi

Bütün Xəbərlər
07:04 05.03.2011
2276

Goranboy rayonunun sabiq baş həkimi Faiq Abdullayev 4 mart, saat 20 radələrində intihar edib. İntihar rayon xəstəxanasında baş verib. Sabiq baş həkim özünü xəstəxananın 3-cü mərtəbəsindən yerə atmaqla, intihar edib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, rayona bir il əvvəl təyin olunmuş icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Baxış Abdullayev də hadisə yerinə gəliblər. Mərhumun həyat yoldaşı icra başçısını hadisədə günahkar bilib.


Qeyd edək ki,  Faiq Abdullayev 7 il rayonun baş həkimi işləyib. O keçən il vəzifəsindən uzaqlaşdırılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir. Mərhumun yaxınları icra başçısından hüquq-mühafizə orqanlarına, eləcə də Prezident Administrasiyasına şikayət etmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR