ŞOK! Kərəyağı ilə cinayət işləyən cütlük yaxalanıb

Bütün Xəbərlər
18:34 05.02.2011
2093

Azxeber.com portalının “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, Siciliyada yaşayan 40 yaşlı Kaloqero Lo Kokko adlı şəxs keçmiş həyat yoldaşının evinə gəldikdən sonra, ölüb. Hadisənin ardından polisə ifadə verən mərhumun keçmiş həyat yoldaşı mərhumun evə gəldikdən sonra hər şeyi dağıtmağa başladığını bildirib. Onlar Kokkonun əlini bağlayaraq polisə zəng vurduqlarını, bundan sonra 40 yaşlı mərhumun öldüyünü söyləyiblər. 

Hadisədən sonra geniş araşdırmalara başlayan polis hadisə zamanı mərhumun cinayətə qurban getdiyini ortaya çıxardıb. Belə ki, evli cütlük mərhumun əlini bağladıqdan sonra onun ağzına kərə yağı doldurublar. Kərə yağı nəfəs borusunu tutduğu üçün, 40 yaşlı Kokko bir neçə dəqiqə sonra keçinib.

OXŞAR XƏBƏRLƏR