ŞOK! Məcburi köçkün arvadının başını kəsdi

Bütün Xəbərlər
17:58 07.03.2011
1894

Qəsəbənin sakini Vəliyev Rəşid Ələmdar öğlu həyat yoldaşı Əliyeva Xəyalə Mayor qızının başını kəsib. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Onlar Rəşidi həbs edərək aparıblar, meyiti isə ekspertizaya göndəriblər. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Rəşidin həyat yoldaşının bədəninə çoxsaylı bıçaq zərbələri vurduğu da bildirilir. 

O da məlum olub ki, adıçəkilən cütlük boşanmaq istəyiblər. Bu gün isə onların məhkəməsi olub. Rəşid məhkəməyə getməyib və həyat yoldaşı evə qayıdandan sonra hadisəni törədib. 

Hadisənin hansı zəmində baş verdiyi, təfərrüatları haqqında məlumatlar verəcəyik.

//Qafqazinfo.az

 

OXŞAR XƏBƏRLƏR