Əhmədinejad Maradonanın İranda baş məşqçi ola biləcəyini təsdiqlədi!

İDMAN
15:31 06.12.2010
1825

İranın “Ebtekar” qəzeti, bu günki sayında prezidentin Maradonanı baş məşqçi görmək istədiyini yazıb. Xəbərə görə, Əhmədinejad  Çində keçiriləcək Asiya Oyunlarına yollanan idmançılarla görüşü zamanı, Maradonanın gələcəkdə İranı ziyarət edəcəyini söyləyib. Jurnalistlərin “Maradona yığmanın baş məşqçisi ola bilərmi?” sualına, prezident başı ilə “hə” cavabını verib.

Qeyd edək ki, əfsanəvi futbolçu özü də ABŞ-la yaxşı münasibətləri olmayan Kuba lideri Fidel Kastro, Venesuela prezidenti Uqo Çaves və İran prezidenti Mahmud Əhmədinejada müsbət münasibət bəslədiyini gizlətmir.

OXŞAR XƏBƏRLƏR