Türkiyə hökumət başçısı İstanbulda ona qarşı sui-qəsd təşkil edilməsi ilə əlaqədar məruzə hazırlanması ilə bağlı iddialara da münasibət bildirib. Qismətə inan baş nazir qaçılmaz hadisələrin qarşısını almağın mümkün olmadığını deyib: “Biz taleyə inan insanlarıq. Ona görə də biz başladığımız yola davam edirik. Onlar da öz vəzifələrini icra edəcək, biz də. Çünki pis olmasa, yaxşının qədrini bilməzlər. Bunun belə olduğunu yaxşı bilməliyik”.