4 ayında Qərbi Azərbaycandan deportasiya edilən jurnalistin həyat hekayəsi - VİDEO

4 ayında Qərbi Azərbaycandan deportasiya edilən jurnalistin həyat hekayəsi - VİDEO
SOSİAL
23:42 04.10.2024
658
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

AZXEBER.COM xəbər verir ki, "Məni anamdan ayıraraq vertolyota atıblar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kənd sakini, tanınmış jurnalist Famil İbrahimovun (Fərhadoğlu) həyat hekayəsinə həsr olunub.

1988-ci il iyulun 15-də dünyaya gələn F.İbrahimov tarixin ən ağrılı səhifələrindən birinin canlı şahididir. Cəmi 4 aylığında deportasiyaya məruz qalan bu körpə Qərbi Azərbaycandan didərgin salınan son nəslin nümayəndəsidir.

Faciəvi hadisələr zamanı anasından ayrı düşən və xalalarının himayəsinə keçən F.İbrahimov o dövrdə baş verənləri belə xatırlayır:

"1988-ci ilin noyabrında erməni təcavüzü nəticəsində Hallavar kəndinin sakinləri təxliyə edilməyə başlayıb. Məni anamdan ayıraraq vertolyota atıblar. Xoşbəxtlikdən xalalarım məni tapıblar. Onlar da vertolyotda olublar. Gülnarə xalamın özünün də 2 azyaşlı övladı var idi. Vertolyotda olan iki xalam məni himayələrinə götürüblər. Biz Qazağa gəldik, bir müddət sonra valideynlərim bizi tapıb”.

O, babası və nənəsindən eşitdiklərini belə nəql edir:

"Hallavar kəndi, Hallavar və Pəmbək çaylarının qovuşduğu yerdə yerləşirdi. Kəndin ətrafında Qoşabulaq, Kəndirbaz, Arxaşan, Nədiralı kimi məşhur yaylaqlar var idi. Bizim orada gözəl ərazilərimiz var idi, dağlıqla əhatə olunmuşdu. Çaylarımız var idi, buz bulaqlarımız var idi. İnsanlar orada təsərrüfatla məşğul olurdular, əkinçiliklə, maldarlıqla və beləcə öz həyatlarına davam edirdilər”.

Onun sözlərinə görə, Hallavar kəndində mövcud olan toponimlər və nəsil adları bu torpaqların qədim türk yurdu olduğunu sübut edir:

"Kənddə Talıblı, Boralı, Aşıqlı, Məşədililər kimi böyük nəsillər yaşayırdı. Burada qədim alban kilisələri, Miskin Abdal və Karadon ziyarətgahları kimi tarixi-dini abidələr var idi. Hallavar qədim türk torpağı, azərbaycanlıların müqəddəs yurdudur. Babamın, nənəmin pasportlarında yazılıb ki, onlar 1929 və 1934-cü illərdə Hallavarda doğulublar. Mən 7 nəslimi saya bilərəm. Bu, sübut edir ki, ora əcdadlarımızın yurdudur”.

Ata-baba yurduna qayıtmaq arzusu ilə yaşayan Hallavar sakini öz hisslərini belə ifadə edir:

"Övladlarımı Hallavarda böyütmək istəyirəm. Ən böyük istəyim odur ki, nənəmin, babamın ziyarətgah hesab etdiyi öz doğma ata-baba yurdumuzu gedim görüm, ulu babalarımın, nənələrimin qəbirlərini ziyarət edim, at çapılan düzləri gəzim. İnanıram o gün uzaqda deyil”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"