4 dəfə evdən qaçan qız: - Oxumaq istəyirəm - VİDEO

4 dəfə evdən qaçan qız: -  Oxumaq istəyirəm - VİDEO
Bütün Xəbərlər
14:24 10.01.2014
1543

“Kənd həyatından bezmişəm”.

İki aydır ki, itkin düşdüyü hesab olunan Ağdam rayonunun Eyvazlı kənd sakini Günay Kamal qızı Abdullayeva polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb.

AZXEBER.COM ELTV-yə istinadən xəbər verir ki, bu onun birinci belə əməli deyil.

O, 4 dəfə evdən gedib, Günay Abdullayeva bildirib ki, evdən getməsinə səbəb valideynlərinin onun təhsil almaq istəyinə qarşı çıxmalarıdır. O isə artıq kənd həyatından bezib, təhsil alaraq şəhər yerində yaşamaq istəyir.

Ağdam Rayon Polis Şöbəsinin təhqiqatçısı Əziz Əzizov bildirib ki, Günay Abdullayeva barəsində 2 material, 2 axtarış işi açılıb və tapılaraq valideynlərinə qaytarılıb.

Sonuncu dəfə bu il yanvarın 9-da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən o, Bakı şəhərində tapılaraq, valideynlərinə təhvil verilmək üçün Ağdam Rayon Polis Şöbəsinə gətirilib.

Qeyd edək ki, Günay Abdullayeva valideynlərindən sənədlərinin verilməsini də tələb edir.

OXŞAR XƏBƏRLƏR