'4 ilin hesabatını ver Elnur Məmmədli' - KÖŞƏ

KÖŞƏ
01:22 02.08.2012
2906
Pərvanə İbrahimova Nə yazıq ki, onlar və simalarında olimpiya oyunlarına vəsiqə qazanmış idmançılarımız hələ ki, bizə gözlədiyimiz qələbə sevincini yaşada bilməyiblər. Hələ də üzündəki kədər dolu təəssüf hisslərini unuda bilmədiyim Rüstəm, 3 cəhdin heç birində 142 kq. ağırlığı qaldıra bilməyən Əfqan, o cümlədən Ramilə, Kifayət və bir çox idmançılarımızın məğlubiyyətləri ilə barışa bilməsək də, olimpiya çempionu, saymaqla medalları, ad və təltifləri bitib-tükənməyən Elnur Məmmədlinin uğursuzluğuna heç cür haqqa qazandırmalı deyilik. O, da eynilə Namiq Abdullayev və Fərid Mansurov ənənəsini davam etdirdi. Olmalı deyildi… Namiq, Fərid və digər olimpiya mükafatçıları kimi Elnura da çox böyük imkanlar yaradılmışdı. Bax, elə bu imkanlar müqabilində o, bunu etməli deyildi. Başa düşürük: bu idmandır, udmaq da olar, uduzmaq da. Amma cüdo ölkəsi sayılmayan dövlətin təmsilçisinə, adı doğru-dürüst idman ictimiayyətinə tanış olmayan hansısa bir kanadalıya uduzmaq qətiyyən yolverilməzdi.  Pekində olimpiya rektordunu qırmağa nail olmuş Elnur, tatamiyə çıxdığı ilk görüşdəcə uduzmaq yox, əksinə, ona yaradılmış maksimum imkanlar qarşılığında xalqımıza qəbəbə sevinci yaşatmalı idi. Bəlkə də məğlubiyyət şokundan ayılmamış Məmmədliyə qarşı bu cür yazıların qələmə alınması insani nöqteyi-nəzərindən düzgün deyil. Təbii ki, o nüfuzunu saxlamaq, növbəti dəfə çempion olmaq istərdi. Amma etmədi, edə bilmədi… Buna nə ad verirlər-versinlər - istəyirlər desinlər ki, ilk görüşün həyacanı idi, istəyirlər desinlər ki, «başına gəlməyən başmaqçı olmaz», nə bilim özündənrazılıq, şan-şöhrəti də bu sıraya əlavə edə bilərlər. Nə olursa-olsun, maraqlı olanı nəticədir. Nəticə də göz qabağında. Bizə düşən isə etiraz səsimizi ucaltmaq, milyonların ümidlərini puça uğratmış dünənin milli qəhrəmanından, onun məşqçilərindən haqq-hesab sormaqdır. Uğursuzluğunun səbəbi soruşulan Elnur: «mənim sözüm yoxdur. Məğlubiyyətin səbəbini izah edəbilmərəm” deyib. Amma etmək lazımdır, Elnur! Bunun səbəbləri barədə düşünmək və nəinki düşünmək Pekindən Londona qədər 4 ilin hesabatını vermək lazımdır! Uğursuzluğunu həzm edə bilməyən insanlara cavab verməyə söz tapmaq lazımdır.Mən qətiyyən Elnuru gözdən salmaq, ondan «xalq düşməni» obrazı yaratmaq niyyətində deyiləm. Sadəcə məsələyə illərdir bayrağımızı qaldırmağa, himnimizi səsləndirməyə nail olan Məmmədlinin bu dəfəki uğursuzluğunu həzm edə bilməyən, ən əsası isə qələbəyə ehtiyacı olan bir xalqın nümayəndəsi kimi yanaşıram.Elnur unutma: «Uman yerdən küsərlər». Umduq və küsdük. Ramilədən, Kifayətdən, Əfqandan, Sərdardan, Rüstəmdən, Heybətulladan küsdüyümüz kimi… Ən böyük küskünlüyümüz isə səndən oldu. Amma sən bizdən küsmə… Sənə inanan, sənə güvənən insanları başa düş, … Bizim yox, özünün suallarına cavab ver…
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub