4 nəfər suda boğularaq öldü

4 nəfər suda boğularaq öldü
Bütün Xəbərlər
13:46 19.07.2012
1705

Azərbaycanda daha 4 nəfər suda boğulub.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Pərvin Zeynalov Kür çayında, Göyçay rayonunun Çərəkə kənd sakini Bulud Xəlilov evinin yaxınlığındakı arxda, Yardımlı rayonunun Gügəvar kənd sakini Rövşən Səfərov Viləş çayında çimərkən suda boğulublar.
Bundan başqa Xaçmaz rayonu ərazisində, Samur-Abşeron su kanalının su təmizləyici hövzəsində iyulun 16-da itkin düşmüş Hacıəlibəy kənd sakini Əlfəddin Şıxıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
OXŞAR XƏBƏRLƏR