4 uşaq anası Arzum kimdir və o niyə həbs edildi?

4 uşaq anası Arzum kimdir və o niyə həbs edildi?
SOSİAL
14:09 02.07.2026
2623
Xəbər verdiyimiz kimi, "tiktok"er İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
 
Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.
 
AZXEBER.COM Arzumun kimliyi haqda kiçik araşdırma aparıb.
 
Məlumata görə, 34 yaşlı Arzum uşaq yaşlarında Almaniyaya köçüb və 25 il orada yaşayıb. O 18 yaşı olanda Denis adlı Almaniya vətəndaşı ilə ailə qurub. Blogerin 4 övladı var və onlar da hazırda Almaniyada yaşayır. 
 
Arzum son illər "Tiktok" sosial şəbəkəsində məşhurlaşıb. O açdığı canlı yayımlarda sosial və şəxsi həyatından danışıb. O həyat yoldaşı Denisi də tez-tez izləyicilərinə göstərib və ona da Azərbaycan dilini öyrədib. Denislə Arzumun canlı yayımları qısa zamanda böyük populyarlıq qazanıb və cütlük məşhurlaşıb.
 
Hazırda Arzumun "Tiktok"da 814 minə yaxın izləyicisi var və o Azərbaycan üçün ən çox izləyicisi olan "tiktok"erlərdən hesab edilir. 
 
Arzum ötən ilin iyun ayında istirahət üçün Azərbaycana qayıdıb və idarə etdiyi avtomobillə Mərdəkan qəsəbəsində qəza törədib. Belə ki, gecə yarısı "Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn "Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. 

Arzum isə qəza baş verdikdən sonra zərərçəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. O, eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi fəaliyyətinə davam edib, oynaya-oynaya videolar paylaşıb, canlı yayımlar açıb.

Nəticədə məhkəmənin qərarı ilə o 5 il 2 ay həbs edilib. 

Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
Bu şəxslər 40 minədək cərimələnəcək
16:02 02.07.2026
Bu şəxslər 40 minədək cərimələnəcək
AAYDA-nın bu idarələri ləğv olundu - SİYAHI
15:47 02.07.2026
AAYDA-nın bu idarələri ləğv olundu - SİYAHI
Aralıq dənizində gücündə zəlzələ oldu
15:24 02.07.2026
Aralıq dənizində gücündə zəlzələ oldu
Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA
15:20 02.07.2026
Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA
Dəniz Göktaş saxlanıldı
14:52 02.07.2026
Dəniz Göktaş saxlanıldı