Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”

Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
MEDIA
16:36 02.07.2026
772
Son illərdə məktəblərdə mobil telefonlardan istifadə məsələsi dünyanın bir çox ölkəsində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. 

Rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası şagirdlər üçün yeni imkanlar yaratsa da, dərs zamanı mobil telefonlardan istifadə diqqətin yayınması, texnologiya asılılığı və tədrisin keyfiyyəti ilə bağlı narahatlıqları da artırıb. Bu səbəbdən müxtəlif ölkələr məktəblərdə mobil telefonlardan istifadəyə dair qadağa və ya məhdudiyyətlər tətbiq edir.

Azərbaycan da məktəbəqədər hazırlıq qrupları və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı qərara əsasən, şagirdlərin məktəbə gətirdiyi telefon və digər elektron cihazlar dərs müddətinin sonunadək xüsusi saxlama yerlərində söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.

Milli Məclisin deputatı Fariz İsmayılzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, telefon və sosial şəbəkələr uşaqların tərbiyəsinə mənfi təsir edir:

"Müasir tədris prosesində telefonlarla bağlı ciddi problemlər yaşanır. Mobil telefonlar və sosial şəbəkələr uşaqları tədris prosesindən yayındırır. Ona görə də bu sahədə müəyyən tənzimləmələrə ehtiyac var idi. 
Parlamentdə də uşaqların sosial şəbəkələrə girişi ilə bağlı müəyyən qadağa və məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun qəbul edilib. Uşaqların telefondan istifadəsi onlarda ideoloji baxımdan müəyyən çətinliklər yaradır, onlar müxtəlif radikal və zərərli məzmunlarla qarşılaşırlar. Eyni zamanda bu, onların tərbiyəsinə də mənfi təsir göstərir. Bu baxımdan yeni qadağalar yerində atılmış addımdır”.

Təhsil eksperti Elçin Süleymanov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, faydalı və vaxtında atılmış bir addımdır:

"Məktəblərdə mobil telefonlardan istifadəyə məhdudiyyət tətbiq edilməsi son illərdə əksər qabaqcıl ölkələrdə də aktual mövzudur. Bir çox ölkə, xüsusilə Avropanın qabaqcıl dövlətləri bu il və ötən illərdə bununla bağlı müxtəlif qərarlar qəbul ediblər. Düşünürəm ki, bu, faydalı və vaxtında atılmış bir addımdır.

Çünki dərs prosesinin pozulması, sinifdə baş verən hər hansı neqativ hadisənin çəkilərək dərhal yayılması, diqqətin dağılması, şagirdlərin dərs zamanı başqa fəaliyyətlərlə məşğul olması kimi mənfi hallar mövcuddur.

Sadəcə, bunun tətbiq mexanizmi və nəzarət sistemi düzgün qurulmalı, bütün bu məsələlər sistemləşdirilməlidir.
Bəzi ölkələrdə tətbiq olunur ki, şagirdlər məktəbə gələrkən telefonlarını onlar üçün nəzərdə tutulmuş kilidli qutularda saxlayırlar. Bəzi məktəblərdə bu qutular sinif otaqlarında yerləşdirilir. Bəzi ölkələrdə isə siniflərdə interneti məhdudlaşdıran cihazlar quraşdırılır və telefonların internetə çıxışı bloklanır. Lakin şagirdlər bir çox hallarda bunu müxtəlif yollarla qıra bilər”.

Təhsil ekspert qeyd edib ki, məqsəd dərs prosesində şagirdin diqqətinin yalnız dərsə yönəlməsidir:

"Ən doğru yanaşma odur ki, məktəb rəhbərliyi, valideynlər və valideyn şurası bu mexanizmi birlikdə müzakirə etsin. Məqsəd dərs prosesində şagirdin diqqətinin yalnız dərsə yönəlməsi, kənar fəaliyyətlərlə məşğul olmaması, sinifdə nizam-intizamın qorunmasıdır. Bütün tərəflər də bu prosesə dəstək verməlidir”.

O bildirib ki, şagirdin telefondan istifadə etməsi zəruridirsə, bu halda smartfon olmayan telefonlardan istifadə etməlidir:

"Şagirdlər məktəbdə telefondan daha çox valideynlə əlaqə saxlamaq üçün istifadə etməlidir. Bu da əsasən məktəbə gedərkən və məktəbdən qayıdarkən lazım olur. Məktəb avtobuslarının təşkili kimi proseslər genişləndikcə, məncə, bu ehtiyac da azalacaq. Əgər şagirdin telefondan istifadə etməsi zəruridirsə, bu halda smartfon olmayan telefonlardan istifadə də alternativ kimi nəzərdən keçirilə bilər. Yəni əsas məqsəd odur ki, şagirdin diqqəti yayınmasın, zərərli vərdişlərə və zərərli məzmunlara yönəlməsin, telefondan istifadə etməklə nə dərs prosesini, nə də başqalarını narahat etməsin”.

Yazı Medianın İnkişafı Agentliyinin "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc edilib.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb