Səudiyyə Ərəbistanında 4 yaşlı uşaq atasını güllələyib.
Hadisəyə səbəb atasının uşağa "Play Station" oyun qurğusunu almaqdan imtina etməsi olub.
Məlumata görə, azyaşlı atasından ona qurğu almasını istəyib. Lakin kişi evə əliboş - hədiyyəsiz gəlib. Bu zaman revolver silahını götürən uşaq atasının başına atəş açıb. Nəticədə kişi hadisə yerində keçinib.
Ans Press