"Sabah" Premyer Liqada ardıcıl beşinci qələbəsini qazandı

"Sabah" Premyer Liqada ardıcıl beşinci qələbəsini qazandı
İDMAN
22:10 19.09.2026
69
"Sabah" Misli Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.

AZXEBER.COM xəbər verir ki, komanda VI turda "İmişli"ni məğlub edib. Qarşılaşma 3:1 hesabı ilə başa çatıb.

20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris "Sabah"ın üçüncü qolunu vurub. "İmişli"nin heyətində isə 90-cı dəqiqədə Ronaldo Souza fərqlənib.

Bu nəticədən sonra ehtiyatda bir oyunu da olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" isə 4 xalla səkkizinci sıradadır.

Günün ilk görüşündə "Turan Tovuz" "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, VI tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni 3:0, "Qarabağ" isə "Şəfa"nı 1:0 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR