2026-2027-ci tədris ilində Azərbaycanda 124 mindən çox uşaq I sinfə gedəcək. Ötənilki rəqəmlərə nəzər salsaq, şagirdlərin sayında 8 min nəfərə yaxın azalma olduğunu müşahidə edərik.
AZXEBER.COM "ölkə.az”a istinadla xəbər verir ki, son 10 ildə I sinfə gedənlərin sayı 40 min nəfərə yaxın aşağı düşüb.
Bu da 24,4% azalma deməkdir.











































