Bu deviz altında Saatlı və Hacıqabul rayonlarında keçirilən aksiyalarda hər rayon üzrə 400 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, gənclərə əlavə məlumat üçün maarifləndirici çap materialları da paylanılmışdır. Mədəni-kütləvi aksiyalarda estradamızın gənc müğənniləri insan alverinə qarşı şüarlar səsləndirmiş və gəncləri bu yolda diqqətli olmağa səsləmişlər.
Qeyd edək ki, aksiyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Аzərbаycаn Rеspublikаsının İnsаn alvеrinə qаrşı mübаrizə üzrə Milli Fəаliyyət Plаnı (2009-2013-cü illər)”na və Gənclər və İdman Nazirliyinin iş planına uyğun olaraq keçirilmişdir.