"44 rəqəmi Qəhrəman və məğrur xalqlar üçün Zəfərə qovuşmağın etalonudur" - Deputat

"44 rəqəmi Qəhrəman və məğrur  xalqlar üçün Zəfərə qovuşmağın etalonudur" - Deputat
SİYASƏT
18:28 08.11.2022
371
"Bu gün Azərbaycan xalqı tarixinin ən möhtəşəm bir bayramını böyük coşqu və sevinclı qeyd edir. Sevinci və həyacanı bitməyən bu bayram nəinki xalqımız və türk dünyası üçün, eyni zamanda bütövlükdə islam aləmi üçün müqəddəs bir bayramdır. Bu həm də tariximizə Milli Ləyaqət, qürur və şərəf kimi də yazılacaqdır. Çünki, islam mədəniyyətində Vətəni sevmək imandandır deyirlər"
 
Bu sözləri millət vəkili Məlahət İbrahimqızı AZXEBER.COM-a açıqlamasında deyib.
 

O bildirib ki, Vətən sevgisi ana sevgisindən uca dayanır: "Bizim mədəniyyətimizdə Vətən sevgisi çox vaxt Ana sevgisindən daha uca dayanır. Bugünədək islam alimləri Şəhidlik zirvəsinə ucalanların simasında hansı sevginin daha ucada olmasını təhlil edərkən Vətən sevgisinin elə Ana sevgisi olduğunu və əksinə Ana sevgisinin isə Vətən sevgisi olduğu anlamının düşüncəsi üzərində dayanırlar. Mən də bu fikrin üzərində dayanıram. Doğularkan ilk mənzili Ana qucağına sığınan insan, son mənzilə gedərkən Vətən torpağına sığınır. Elə bu səbədən də islam mədəniyyətində bu iki söz "Ana Vətən” və ya "Ana Torpaq” kimi  bir-birini tamamlayan ikincisi yoxdur".

 Millət vəkili 44 günlük zəfəri bu sözlərlə ifadə edib: 

"Şanlı tariximizə qızıl hərflərlə yazılmış 27 Sentyabr qəhrəmanlıq zirvəsinə gedən yol kimi yazılmışdır. Və ya 44 rəqəmi Qəhrəman və məğrur  xalqlar üçün Zəfərə qovuşmağın etalonudur. 
Bəli, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Tarixin bir çağının yeni bir çağ ilə əvəzolunmasıdır. Qeyrət, namus, şərəf və milli təssübkeşlik uğrunda başlamış bu savaş "Qisas Qiyamata qalmaz” uğrunda olan bir savaş idi".  
 
Millət vəkili Ali Baş Komandanın bütün dünyaya nümayiş etdirdiyi gücündən də danışıb: 

"Bu savaşda Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Güclü sərkərdəsi olan əsgər yenilməz deyərlər. Elə də oldu. Bütün dünyanın əlli ən böyük ordulardan biri olan Azərbaycan Ordusu, yenilməz Ali Baş Kamandanı ilə dünyanın gündəmi oldu. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə olmadı, O, həm də, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya savaşında Azərbaycanın hayqıran haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə və təhdidlərə sinə gərdi, mövqeyindən dönmədi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev əzmkarlığı və dəyişməz siyasi iradəsi ilə, ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Əslində isə bu münaqişə , azərbaycanlılara və türklərə qarşı planlaşdırılmış üç yüz illik projenin darmadağın edilməsi idi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
 
44 günə mümkünsüzü mümkün edən Azərbaycan ordusundan danışan Məlahət İbrhimova sözünə belə davam edib:

"Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq".
 
Düşmən ordusuna endirilən zərbələrdən danışan millət vəkili döyüş meydanında zəfəri tanklarla,toplarla deyil, insan zəkası və PUA-larla qazanmaq olar deyir:
 
"10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.
 
Şuşanın alınması dünya hərb tarixində xüsusi yer tutacaq:

"Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev heç vaxt unudulmayacaq xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq.

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da "ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib