Almaniyanın keçmiş kəşfiyyat rəisi Avqust Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Bu barədə məlumatlı mənbələrdən "Anewz"ə bildirilib.
Almaniya kəşfiyyat orqanları Azərbaycan tərəfinə işin digər ölkələrlə bağlı olduğunu bildiriblər.
Qeyd edək ki, ötən gün Almaniya nəşrləri keçmiş kəşfiyyat rəhbəri Avqust Hanninqin Azərbaycana məlumatlar ötürdüyü barədə xəbərlər yayıblar.
Azərbaycanın Media və Yayım Şurası bu məlumatları təkzib edib, bildirilib ki, bu cür iddiaların əsası yoxdur və inkişaf edən Azərbaycan-Almaniya münasibətlərinə xələl vurmaq məqsədi daşıyır.











































