48 yaşlı kişi dərmandan zəhərlənib öldü

48 yaşlı kişi dərmandan zəhərlənib öldü
SOSİAL
23:49 03.07.2026
266
Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Əhmədov Aslan Mustafa oğlu halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi yardımlara baxmayaraq, ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR