Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində kirayədə yaşayan Elçin Babayev 5 ildir ki, ailə qurduğu həyat yoldaşını bıçaqlayıb. AZXEBER.COM Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, 8 bıçaq yarası alan 3 övlad anası qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.Qanlı hadisəni törədən şəxs hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.Saxlanılan şəxs: "Dalaşdıq bir-iki dəfə. Mən dedim belə, o dedi belə, heç bir şey, başqa nə problem olacaq ki. Ailə içidir. "Prosta", mən də əsəbiləşdim, götürdüm vurdum onu. Çıxıb qaçırdım, gördüm yoldan polis maşını gəlir. Gizlənmək istədim, alınmadı"