"50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram"

"50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram"
MAQAZİN
22:25 02.07.2026
255
"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır".

AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov deyib. Müğənni ona ünvanlanan qısa sualları cavablandırıb.

Emin bildirib ki, İspaniyada villa almaq onun üçün mənasızdır:

"Maşınlara pul yatırmaq uğursuzluqdur. Onlar dəyərini çox tez itirirlər. Pulu alış-verişə xərcləməkdənsə, səyahətə xərcləmək daha yaxşıdır. Çünki əsas olan yaşanan hisslərdir".

Qeyd edək ki, Alyona Qavrilova ilə ailəli olan Emin Ağalarovun bu nikahdan Afina adlı qız övladı var.
OXŞAR XƏBƏRLƏR