2026-cı ilin ilk yarısı Türkiyənin mədəniyyət, incəsənət və media dünyası üçün ard-arda yaşanan ağır itkilərlə yadda qaldı.
AZXEBER.COM xəbər verir ki, altı ayı ərzində ölkənin elm, kino, teatr, musiqi və mətbuat sahəsində dərin iz qoymuş bir çox tanınmış sima həyatla vidalaşıb. Siyahıda sonuncu sırada türk sinemasının əfsanəsi Kadir İnanır yer alır.
Bu müddət ərzində sənət dünyasından ustad aktyor Haldun Dormen, müğənni Fatih Ürek və gənc aktyor İbrahim Yıldız kimi adlar itkilər sırasına yazılıb. Həmçinin tanınmış tarixçi İlber Ortaylı, prodüser Erol Köse, məşhur jurnalist Reha Muhtar və gənc aktrisa Ece İrtem də bu il dünyasını dəyişən məşhurlar arasındadır.











































