6 kənd susuz qaldı - VİDEO

6 kənd susuz qaldı - VİDEO
SOSİAL
23:58 22.10.2026
171
Kürdəmir rayonunda magistral su boru xəttində növbəti dəfə qəza baş verib. Nəticədə rayon mərkəzi və 6 kəndin su təchizatında fasilə yaranıb. 

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci kilometrliyində, Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Diametri 500 millimetr olan su borusunun partlaması nəticəsində qəza baş verib. Əraziyə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.

Kürdəmir rayonu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən xəzər xəbər-ə bildirdi ki, qəza səhər saatlarında baş verib. Hazırda qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində zəruri tədbirlər görülür.
 

OXŞAR XƏBƏRLƏR