3 yaşındakı çinli Lu Hao yemək pozğunluğu ilə əlaqədar həmyaşıdlarından çəkisi 5 dəfə artıqdır. 60 kq ağırlığında olan Haonun iştahının qarşısını almaq mümkün deyil.
Valideynlərinin sözlərinə görə, Lu Hao dünyaya sağlam çəki ilə gəlib. Lakin 3 ayı tamam olandan sonra o, sürətlə kökəlməyə başlayıb. Hazırda 3 yaşında olan Lu Hao bir oturuma 3 boşqab plovu rahatca yeyir. Hətta onu 1 yaşından rejmlə qidalandırmağa çalışsalar da, bu səyləri heç bir nəticə verməyib.
Lu istediyi qədər yemək verilməyəndə isə yaman hirslənir. Lu gəzməyi də sevmir, ona üzməyi sevdirən ailəsi isə bu idmandan sonra onun daha da çox acmasının öhdəsindən necə gələcəklərini bilmirlər.