'600 min gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edəcək' - Azad Rəhimov

GƏNCLİK
14:00 14.09.2013
1621
"Azərbaycanda 600 min gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edəcəklər". 
AZXEBER.COM-un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Gənclər Təşkilatlarının I Milli Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda keçiriəcək prezident seçkilərində iştirak etmək üçün gəncləri səsvermə məntəqələrinə gəlməsinə nail olmağa çalışılacaq: "Bununla bağlı Bakıda və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilib. Bu yaxınlarda əlavə olaraq, televiziyada sosial video çarxlar nümayiş etdiriləcək, radioda isə qeyd olunan mövzuda reklamlar səsləndiriləcək. Bundan əlavə, Biz regionlarda çoxlu görüşlər keçirmişik. Görüşlərin 50 faizində gənclər evsizlik problemini qaldırıblar. Bizə tapşırılıq verilib ki, bolgələrdə sosial ipotekanın təbliği ilə bağlı hansı işlər aparıla bilər. Onun proqramı və yeni modeli üzərində işləyirik. Gənclərin problemləri məşğulluq, mənzil problemi, asudə vaxtın təşkili, ictimai işlərdən kənarda qalmaq. Bütün bu problemlərin həlli istiqamətdə işlər aparılır".

OXŞAR XƏBƏRLƏR