62 yaşlı kişnin evində narkotik tərkibli bitki aşkarlandı

62 yaşlı kişnin evində narkotik tərkibli bitki aşkarlandı
Bütün Xəbərlər
10:38 16.07.2014
746

Balakən rayon sakininin evinin həyətyanı sahəsində narkotik tərkibli bitki aşkarlanıb.

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Rayonun Meşəşanbul kənd sakini, 1952-ci il təvəllüdlü Mutallib İbrahimoviç Padarovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 16 ədəd dibçək qabların içərisində hündürlüyü 3 sm-dən 70 sm-ə qədər olan, xüsusi aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar edilib. Rayonu tərk etməmək barədə müvafiq izahat alındıqdan sonra M. Padarov sərbəst buraxılıb.

Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR