65 yaşdan yuxarı olan səhiyyə işçiləri adi rejimdə işlərini davam etdirəcək

65 yaşdan yuxarı olan səhiyyə işçiləri adi rejimdə işlərini davam etdirəcək
SAĞLAMLIQ
22:06 23.03.2020
3859
Yaşı 65-dən yuxarı olan səhiyyə işçiləri adi rejimdə işlərini davam etdirəcək.

"Report" xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O, bildirib ki, yaş məhdudiyyəti əsasən tənha şəxslər üçün keçərlidir.

V.Qasımov əlavə edib ki, ölkə daxilində də xəstəliyin yayılması var.

Nazir müavini xatırladıb ki, ölkə xəstəliklə mübarizəyə hələ fevral ayından başlanılıb: "Əsas gözlənilməli məqam gigiyena qaydalarına düzgün əməl etmək lazımdır. Hesab edirəm ki, xüsusi karantin rejiminə hər kəs ciddi riayət edəcək".
OXŞAR XƏBƏRLƏR