Bir zamanların məşhur və sevilən diktoru Nərgiz Cəlilova uzun fasilədən sonra efirə qayıdır.
AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, o, yeni mövsümdə "Mədəniyyət" kanalında tamaşaçıların qarşısına çıxacaq.
N.Cəlilova bu televiziyada veriliş aparacaq. Artıq proqramın çəkilişləri başlayıb.
66 yaşlı diktorun yeni imici də diqqət çəkib.
Qeyd edək ki, Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (hazırda Neft və Sənaye Universiteti) bitirib.
1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında (AzTV) çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, "Space" və "Lider" kanallarında işləyib.
2009-cu ildən "Xəzər" TV-də "Pəncərə" adlı veriliş aparırıb.
2015-ci ildə AzTV-də "Sevələnlər" adlı verilişi aparıb. Bir müddət sonra efirdən gedib.











































