7 yaşlı oğlanın qolunu kəsdilər - FOTO

MARAQLI
13:35 18.02.2013
2177

Tanzaniyada bir dəstə bədəməl məktəbdən evə qayıdan oğlana hücum edərək onun sol qolunu kəsib.

Oğlan çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 7 yaşlı uşağın durumu kritikdir və o, intensiv terapiya bölməsindədir. Mviquli Maqessaadlı oğlana hücumun səbəbi onun albinos olmasıdır. Afrikanın bir sıra ölkələri ilə yanaşı, Tanzaniyada da yerli xurafata görə, albinos insanların bədən əzaları, diş və tüklərindən cadu-pitidə istifadə olunur, onlar "uğur gətirən" ünsürlər sayılırlar. Milli.Az Africa Online-a istinadən bildirir ki, polis 7 yaşlı albinos oğlana hücum edənləri arayır. Bir qədər əvvəl Tanzaniyada 4 uşaq anası olan albinos qadın hücuma məruz qalmışdı. Tanzaniya və qonşu Burundidə albinos insanların bədən əzaları minlərlə dollara satılır.

OXŞAR XƏBƏRLƏR