700 min avtomobil geri çağırılacaq

Bütün Xəbərlər
18:18 17.02.2011
2091

Yaponiya Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Fit, Freed və City model ovtomobillərin mühərriklərindəki səhv onların fəaliyyətinə təsir göstərdiyindən 700 min avtomobil geri çağırılacaq.

Məlumatda 2007-ci ilin sentyabr və 2009-cu ilin noyabr ayları ərzində 167883 avtomobilin Yaponiyadan, 156000 avtomobilin Çindən, 233000 avtomobilin digər Asiya ölkələrindən, 122000 avtomobilin isə Şimal Amerikadan geri çağırılacağı bildirilir.

Hondanın nümayəndəsi Tomohiro Okada öz çıxışında bildirib ki, Yaponiyadan problemə bağlı 72, digər bölgələrdən isə 29 şikayət daxil olub. Lakin qəza baş verməsilə bağlı heç bir məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR