Türkiyəli aktrisa Esin Gündoğdu keçirdiyi böyük dəyişim ilə yenidən gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, uzun müddət ərzində 72 kiloqram arıqlayan sənətçinin son görüntüləri sosial şəbəkələrdə geniş maraq doğurub.
Paylaşdığı yeni fotolarda qara köynək və geniş cins şalvarla kamera qarşısına keçən Gündoğdu fit görünüşü və qısa saç düzümü ilə diqqət çəkib.
Bir zamanlar artıq çəkisi ilə tanınan və bir çox məşhur layihədə rol alan Gündoğdu arıqladıqdan sonra görünüşündəki dəyişikliklə tez-tez müzakirə mövzusuna çevrilib. Onun son paylaşımları da izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.












































