AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Goranboydan olan təsərrüfat sahibi Rasim Nəbiyev 8 hektar bağda 5 növ ərik yetişdirir. Amma ötən illə müqayisədə bu il tez yetişən əriklərdən yetərincə məhsul yığa bilməyib. Bu qiymətlərin də baha olmasında səbəb olub.
Fermer onu da qeyd edir ki, hazırda ərikin kilosu 5-6 manatdır. Amma keçən il 1.50-2 manat idi.
Aran bölgəsində isə vəziyyət fərqlidir. Saatlıda Naharlı kəndində 3 il əvvəl salınan ərik bağından ilk kütləvi yığım başlayıb. Bağ sahibi bildirib ki, hava şəraiti qeyri- sabit olsa da bölgənin iqlimi meyvənin yetişməsinə münasib olub.
Hazırda məhsulun qiyməti keyfiyyətinə görə 2-5 manat arası dəyişir.











































