8%-dən və 10 milyon manatadək “İxraca dəstək” krediti!

İQTİSADİYYAT
12:16 25.02.2020
4558
İş adamlarının etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı qeyri-neft sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərin, eləcə də kiçik və orta sahibkarların ixrac yönümlü fəaliyyətinə dəstək üçün ardıcıl addımlar atır.
 
AZXEBER.COM xəbər verir ki, bu istiqamətdə növbəti addım kimi Bank istehsal və ixracla məşğul olan sahibkarlar üçün yeni "İxraca dəstək” kredit məhsulunu və "İxraca dəstək” tarif paketi aksiyasını təqdim edir. Bank yeni kredit məhsulu üzrə krediti öz daxili vəsaitləri hesabına ayırır. Bu isə o deməkdir ki, sənədləşmə prosesi sadə və kreditin verilməsi qərarı daha sürətlidir.

Kreditin məbləği 100 min manatdan 10 milyon manata qədərdir. Müddəti isə 60 ayadəkdir. Bank əsas vəsaitlərə investisiya təyinatlı "İxraca dəstək” krediti almış sahibkarlara 24 aya kimi güzəşt müddətindən faydalanmaq imkanı yaradır. Belə ki, sahibkarlar bu müddətdə yalnız faiz borclarını ödəyirlər. Bank sahibkarlara ödənişin forma və qrafikini seçməkdə də sərbəstlik verir.

Azərbaycan Beynəlxalq Bankının bu məhsulundan istehsalla məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar faydalana bilər. Bu imkan Bankın yeni müştərilərinə də şamil olunur.

Kreditin rəsmiləşdirilməsinə görə xidmət haqqı nəzərdə tutulmur. Kreditin faiz dərəcəsi müştərinin ixrac təşviq sənədinin mövcudluğundan, fəaliyyət sahəsindən, bankla əməkdaşlıq tarixçəsindən və bank hesablarındakı dövriyyəsindən asılı olaraq dəyişir və 8%-dən başlayır.

"İxraca dəstək” kreditindən faydalanan müştərilər 1 iyun 2020-ci il tarixinədək xüsusi hazırlanmış "İxraca dəstək” tarif paketi aksiyasından da faydalana bilər. Tarif paketi çərçivəsində kredit məbləği dəyərində köçürmələr üzrə heç bir komissiya haqqı tutulmur. Sənədli əməliyyatlar üzrə komissiya haqqında 50% endirim edilir və müştəri Bankın güzəştli valyuta məzənnəsindən istifadə edir. "İxraca dəstək” kreditini bankın bütün filiallarından əldə etmək mümkündür.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac potensialının genişləndirilməsinə dəstək bankın fəaliyyətində xüsusi yer tutur: "Ümid edirik ki, bu addımımız sahibkarlar üçün yeni imkanlar açacaq. Məhsullarını dünya bazarına çıxaran sahibkarlarımıza böyük kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə təqdim etdiyi "İxraca dəstək” krediti və tarif paketi Azərbaycan sahibkarının rəqabət qabiliyyətli məhsul istehsalına və ixracına təkan verəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 11.07.2020

Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alındı

23:33 10.07.2020

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

23:11 10.07.2020

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

22:56 10.07.2020

“Şirin Su” Neftçala sakinlərinə pulsuz içməli su payladı - FOTO

22:38 10.07.2020

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

22:27 10.07.2020

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başladı

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”